Şəki şəhər 2 nömrəli tam orta məktəbin məzunları 50 il sonra doğma təhsil ocağında yenidən bir araya gəliblər. 1973-cü ildə doğma məktəblərindən məzun olmuş yarım əsrin məzunları yenidən parta arxasında əyləşib, müəllimləri ilə söhbətləşiblər. Müxtəlif sahələrdə əmək fəaliyyətləri ilə məktəblərinin adını yüksəldən, müəllimlərinin etimadını doğruldan 50 ilin məzunları məktəb illəri ilə bağlı xoş və kövrək xatirələrini bölüşüb, keçmiş fotolarına baxıblar. Sonra məzunların riyaziyyat müəllimi Məhəbbət Abdullayeva 50 il əvvəl dərs dediyi məzunlara işlərində uğurlar arzulayıb. Sonda isə görüşdə iştirak edənlər xatirə fotosu çəkdiriblər.