Hadisə Qax rayonunun Ləkit kəndində baş verib. Kənd sakini 69 yaşlı Vaqif Aydınov öz həyətində ilan sancıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlan sancan şəxsin yaxınlarının verdiyi məlumata görə, onlar ilk olaraq ilanın su olmayan hovuzun içərisində yatdığını ailə başçısına xəbər veriblər. Vaqif Aydınov isə əlində olan ağac parçası ilə ilanı hovuzdan kənarlaşdırmaq istəyib. Ani bir ehtiyatsızlıq nəticəsində ilan onun sağ əlindən sancıb. İlan sancan Vaqif Aydınova ilan zəhəri əleyhinə zərdab vurulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.