Cümə, 14 İyul 2023 18:05

Bələdiyyə sədrləri cərimələnib...

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsi hallarına qarşı bu dəfə Zaqatalada reyd keçirib. Zaqatalanın Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, çirkab suların su hövzələrinə axıdılması faktları aşkarlanıb. Yol verilən qayda pozuntularına görə, həmin kəndlərin bələdiyyə sədrləri, bir neçə şəxs inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Zaqatala rayonu ərazisində birgə keçirdikləri tədbirlər zamanı Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Həmçinin, keçirilən tədbirlər zamanı çirkab sularını su hövzəsinə axıdan şəxslər müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S