Şəkidə serialın çəkilişlərı davam edir. Gənc aktyorların və peşəkar kollektivin ərsəyə gətirəcəyi “Sara” adlı 36 bölümlük serialın bu dəfə kamera arxasında əziyyətlə çalışan əməkdaşlarını göstərəcəyik... İlk dəfədir ki, Azərbaycanda əcnəbi rejissorla birgə bədii serial çəkilir. Serialın baş qəhrəmanları, əməkdar artist Mehriban Xanlarova, Oksana Rəsulova və Ziya Ağadır. Obrazları tamaşaçıya doğru şəkildə çatdıran isə filmin görüntü rejissoru, Şahmar Səfəroğludur... Filmdə yaxşı görüntü, təsirli səhnə lentə almaq böyük bacarıq tələb edir deyən müsahibimiz işinin öhdəsindən layiqincə gəlməyə çalışır. Oksimedya və Vaytrup prodakşının birgə layihəsi olan bu bədii serialda hərkəsin ortaq dili ingilis dili olsa da, aralarında yaranan dostluq münasibətləri zəminində hərkəs bir-birini bir baxışdan anlayır. Beləliklə, də peşəkarcasına görülən iş ortaya çıxır.