Çərşənbə, 05 İyul 2023 21:22

“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı davam edir

Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində musiqisevərlərə “Zəfər” muğam ansamblının konserti təqdim olunub. Dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki Xan Sarayının qarşısında keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər. Konsertin əvvəlində ansamblın fəaliyyəti barədə məlumat verilib. Ardınca Ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, xanəndələr Vəfa Vəzirovanın, Hüseyn Məlikovun təqdim etdikləri xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıları tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Pərviz Mirzəyev, nağarada Səyyar Teymurov müşayiət ediblər.Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın xatirə hədiyyəsi təqdim olunub. Axşamsaatlarında isə musiqisevərlərə Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblının konserti təqdim olunub. “Yuxarı Karvansaray” mehmanxana-kompleksində keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, Lianşan-İy Muxtar Vilayətindən gəlmiş qonaqlar və şəkili musiqisevərlər izləyiblər. Əvvəlcə məlumat verilib ki, Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblı 1956-cı ildə yaradılıb.  Ansambl dünyada sülhün, mədəni inteqrasiyanın və milli birliyin möhkəmləndirilməsinə böyük töhfə verir. Daha sonra ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S