Zaqatalada artıq bir neçə gündür ki,çay yığımına başlanılıb.Erkən yazın yağmurlu keçməsi yığımı bir qədər ləngitsə də məhsuldarlığa müsbət təsir göstərib. Sovet dönəmində rayonda 100 hektara yaxın ərazidə çay becərilirdisə, indi məhsulverən çay plantasiyasının ərazisi cəmi 15 hektara yaxındır. Çay sahələrinin azalması əldə olunan ümumi məhsulun da azalmsına gətirib çıxarıb. O dövrlər 70 tona yaxın quru çay emal edilən Zaqatalada ötən il cəmi 4 ton quru çayın emal edilib. O da havaların əlverişli keçməsi və edilən qulluğun hesabına. Bu il isə məhsuldarlığın bir qədər atrıq olacağı gözlənilir. Buna səbəb, quraq keçən yay aylarında sahələri suvara bilmək üçün suvarma sisteminin qurulmasıdır. Vaxtı ilə öz keyfiyyətinə görə nəinki Azərbaycanda, dünyada tanınan Zaqatala çayının bu gün də yerli və xarici bazarda yetərincə alıcısı var. Hal-hazırda rayonda bir kiloqram quru çayın qiyməti 25-35 manat aralığında dəyişir.