Ötən gün gecə saat 23 radələrində Qəbələdə ağır yol qəzası baş verib. 64 yaşlı Bakı sakini Rövşən Mustafayev şəhər ərazisində \"Wolksvagen\" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan nəqliyyat vasitəsi kənardakı ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb, onun qızı Zarağan kənd sakini 35 yaşlı İlahə Mustafayeva və nəvəsi, 7 yaşlı Yusif Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hazırda vəziyyətləri orta ağırdır, cərrahiyyə şöbəsində nəzarətdədirlər.