Şəki şəhər 11 saylı tam orta məktəbinin 1973-cü il məzunları yenidən bir araya gəliblər. Görüşdə - həmin ildə məktəbi bitirən 3 sinfin məzunları, onlara vaxtilə 1963-1973-cü illər arasında dərs demiş qocaman müəllimlər və 11 saylı tam orta məktəbin hazırki müəllim kollektivi iştirak ediblər. Keçmiş xatirələrini yad edən məzunlar, oxuduqları 11 saylı məktəbin hazırkı kolektivinə məktəbin ilk binasının tablosunu hədiyyə ediblər. Məzunların 50 il öncə eşitdikləri son zəngi yenidən, 44 günlük şanlı Zəfər tariximizi yazan qəhrəman oğullardan olan şəhid Vasif Həmidovun oğlu çalıb. Ardınca Vətən müharibəsində canından və qanından keçən şəhidlərimizin məzarı ziyarət edilib. Ruhlarına dualar oxunub. #kanals#xəbər#şəki#məktəb