Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə İsmayıllı-Qəbələ avtomobil yolunda, Qəbələnin Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun minik maşını ilə toqquşması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlar Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. #kanals#xəbər#qəza#qəbələ