Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycanın xalq şairi, bədii-ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin anadan olmasının 161 –ci ildönümünə həsr olunmuş bədii qiraət müsabiqəsinin yekun mərhələsi keçirilib. Öncə dahi şairin məzarı ziyarət edilib. Mirzə Ələkbər Sabirin ev Muzeyinin direktoru, eləcə də digər çıxış edənlər bu müsabiqəni xalqımızın milli-mənəvi dəyərlərinə, Mirzə Ələkbər Sabir irsinə ən böyük qiymət kimi dəyərləndirib. Keçirilən yekun bədii qiraət müsabiqəsində qalib olan şagirdlər fəxri fərman, təşəkkürnamə, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin kollektivi “Muzey sahəsində səmərəli fəaliyyətlərinə görə” Fəxri fərmanla təltif edilib.