Cümə axşamı, 18 May 2023 17:58

Şamaxıda flaşmob keçirilib…

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü münasibəti ilə flashmob keçirilib. Flashmobda Şamaxı Rayon Mərkəzi Xəstəxanasında çalışan tibbi heyət iştirak edib. Arterial hipertoniya arterial təzyiqin normadan yuxarı qalxması halıdır. Hipertoniyadan əziyyət çəkənlərin üçdəbiri müalicə alır və onların təxminən 12 faizi tibbi nəzarət altındadır, xəstələrin təxminən 45 faizi arterial təzyiqin yüksək olduğundan xəbərsizdir. Flaşmobun keçirilməsində məqsədsə bu xəstəliyə diqqət çəkmək və insanları maarifləndirməkdir.  

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S