Bakıda \\\"Altın Palmiyə ödülləri\\\"-nin mükafatlandırma mərasimi keçirilib. 2014-cü ildən verilməyə başlayan \\\"Altın Palmiyə\\\" ödülləri artıq 8 ildir ki, Musiqi, Media və Televiziya, Film, Teatr kimi sahələrdə 28 nominasya üzrə yaradıcılığı ilə fərqlənən, uğurlara imza atan şəxslərə təqdim olunur. Qaliblər anket iştirakçıları arasında aparılan səsvermə nəticəsində müəyyənləşdirilir. Artıq 8 ildir ki, Türkiyənin müxtəlif şəhərlərində, keçirilən təntənəli mükafatlandırma mərasimi ilk dəfədir ki, Bakıda baş tutub. Tədbirdə ilin Azərbaycan xalq musiqiçisi, ilin aktyoru, ilin fenomeni və digər nominasiyalarda qaliblər mükafatlar təqdim olunub. İlin şairəsi nominasiyasında isə şəhidlərin adlarını yaşatmaq məqsədi ilə yaradılan \\\"Vətən fəadiləri\\\" layihəsinin rəhbəri, 9 kitab müəllifi, şairə, publisist Manya Səxavətqızı qalib olub.