Yarmarkada 25 müəssisə iştirak edib. Özəl və dövlət təşkilatlarının nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 225 sayda boş iş yerləri təqdim olunub. Yarmarkada təqdim olunan vakansiyalar əsasən turizm, istehsal-xidmət, ictimai iaşə, bank, satış və s. sahələri əhatə edib.