Dövlət İmtahan Mərkəzinin Şəki şəhərində keçirdiyi 9 illik təhsil bazasında kolleclərə qəbul və ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları başa çatıb. İmtahanların keçirilməsi üçün Şəkidə 2 mərkəz ayrılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt iştirakçının buraxılış vərəqəsində göstərilib. Ümumilikdə, 612 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 66 nəzarətçi cəlb olunub. DİM Şəki regional bölməsindən verilən məlumata görə, hər iki imtahan mərkəzində kolleclərə qəbul və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.