Mayın 12-də Şəkinin İnçə kəndində tapılan kişi meyitinin əslində qətl hadisəsi olduğu üzə çıxıb. Hadisənin təfərrüatları da məlum olub. Oğul özatasını öldürüb, telefonunu da satıb əyləncəsi üçün xərcləyib.... Amansız qətl Şəkinin İnçə kəndində baş verib. Mayın 12-də kənd sakini, 64 yaşlı İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalar nəticəsində İsmayıl Gülüyevin oğlu tərəfindən boğularaq öldürüldüyü müəyyən edilib. Belə ki, qətl bir neçə gün öncə may ayının 4-də baş versə də hadisədən bir həftə sonra mayın 12-də xəbər tutulub. Qətldə şübhəli şəxs qismində mərhumun oğlu 25 yaşlı Katıf Gülməmmədli saxlanılaraq istintaqa təhvil verilib. Kənd sakinlərinin sözlərinə görə 4 uşaq atası İsmayıl Gülüyevin həyat yoldaşı uzun illər öncə vəfat etdikdən sonra ailədə daimi konfliktlər baş verirmiş. Hadisə baş verən zaman isə məhrum evdə tək yaşayırmış. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Araşdırma davam edir.