Evin tək oğlan övladı olan, 22 yaşlı Məhəmməd Qarayev universiteti bitidikdən sonra Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Qəhrəmanımızın hərbi xidməti başa vurmasına cəmi 49 gün qalmışdı. Amma Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən ötən gün şəhidlik zirvəsinə ucaldı. Şəhidin nəşi bu gün doğulub boya başa çatdığı Qəbələyə gətirildi, onunla vida mərasimi keçirildi. Mərasim başa çatdıqdan sonra şəhidimizin cənazəsi dəfn olunması üçün evindən yola salındı. Şəhidimizin uğrunda canından keçdiyi üçrəngli Azərbaycan bayrağı atasına təhvil verildi.