Cümə, 12 May 2023 18:55

İki kəndi üz-üzə qoyan su problemi…

Qobustanın Qurbançı və Ərəbşahverdi kəndlərində ümumilikdə 2 minə yaxın əhali yaşayır. Sakinlərin dediyinə görə, Qurbançıda əsrlərlə yaşı olan bulağın suyundan uzun illərdir istifadə edirlər.  Ötən əsrin 70-ci illərində həmin bulağı təmir də ediblər. Bu yaxınlarda kənd bələdiyyəsinin Yaponiya höküməti ilə birgə həyata keçirdiyi layihəyə əsasən, kəndə içməli su çəkilişinə başlanılıb. Elə bütün narazılıqlar da bundan sonra başlayıb. Sakinlər deyir ki, gündəlik təminat qabiliyyəti 25 ton olan bulağın suyundan məişətdə istifadə edirlər. İçmək üçünsə əlavə olaraq maşınlarla su gətizdirirlər.Yekun olaraq kənd sakinlərinin tələbinə gəlincə: onlar deyir ki, həmin bulaq yenə öz yerində qalsın, təsərrüfatda istifadə edilsin, ancaq içməli su başqa mənbədən gətirilsin. Onu da qeyd edək ki, çəkiliş zamanı mövzunun işıqlandırılmasından narahatlıq keçirən bəzi qurumlar müxtəlif yollarla narazı kütləni dağıtmağa və onları tələblərindən yayındırmağa çalışdılar. Kənd bələdiyyəsinin sədri də müsahibədən yayındı. İcra nümayəndəsi isə bildirdi ki, sakinlərin tələbi tam təmin edilə bilməsə də, qismən də olsa, nəzərə alınacaq. Məsələ ilə bağlı nə qərar veriləcəyini isə zaman göstərəcək. Hər halda mövzunu diqqətdə saxlayacağıq. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S