Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku 2023\" turnirinin bağlanış mərasimi keçirilib. Turnirin əsas mükafatı olan kuboku “Ədliyyə” komandası sahiblənib, qalib komanda medal və diplomlarla da mükafatlandırılıb. Bundan başqa 2-ci, 3-cü və 4-cü yerləri tutan komandalar da medal və diplomlarla mükafatlandırılıb. Eləcə də turnirin ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu nominasiyaları üzrə mükafatlar da öz sahiblərini tapıb. Qeyd edək ki, turnirdə ümumilikdə 18 komanda mübarizə aparıb.