Kurslarda hazırda 17 aktiv peşə kursu mövcuddur. Kurslara cəlb edilən vətəndaşlara təmirçi-çilingər, qənnadçı,şirniyatçı, xalça və xalça məmulatının bərpaçısı, dərzi , xalça məmulatı bərpaçı rəssam və digər peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Kurslar Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində müasir əmək bazarının tələblərinə uyğun təşkil edilir. 17-50 yaş aralığında, minimum orta təhsilli şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. Əvvəlcə müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaq. Qeyd edək ki Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.