Şahin Maksudov deyir ki, çöl quşlarına həmişə böyük marağı olub. Məhz bu maraq sayəsində təsadüfən qarşısına çıxan yumurtalardan çıxan cücələri saxalayaraq böyüdüb və qırqovul olduğunu görüb. O, ilk vaxtlar gəlir gətirəcəyini düşünmədən sadəcə bəzək xatirinə saxladığı quşlara təlabat olduğu üçün təsərrüfatı genişləndirməyə qərar verib. Şahin kişinin sözlərinə görə indiyədək bir çox kənd təsərrüfatı sahələri ilə məşğul olsa da qırqovul təsərrüfatı qədər heç biri gəlir gətirməyib. Yerli növ qırqovul olduğundan bu quşlar soyuğa və xəstəliyə davamlıdırlar, ətinin dadından isə danışmağa dəyməz, dillər əzbəridir. Quş həvəskarları qırqovulu bəzək quşu kimi də alaraq saxlayırlar. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanırlar. Şahin kişi gələcəkdə təsərrüfatı daha da böyütmək, iri ferma yaratmaq, qırqovullarının sayının 1000 başa çatdırmağı planlaşdırır.