İllər, əsrlər keçsə də, ömrünü, həyatını millətinə, xalqına, Azərbaycanın çiçəklənməsinə həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq. Multikultural, tolerant ölkə olan Azərbaycanda yaşayan hər bir azsaylı xalqın nümayəndəsi dahi şəxsiyyəti sevgi ilə anır. Elə saxurların yaşadığı Zaqatala rayonunun Dağlı kəndində də Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib. Rayon rəhbərliyinin, kənd sakinlərinin qatıldığı tədbirdə Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycançılıq naminə etdiyi işlərdən söz açılıb. Bildirilib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik ideyaları hələ uzun illər xalqın rifah halının yüksəlməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin iradəsi sayəsində ərazi bütövlüyümüzün təmin olunması hər bir azərbaycanlının qəlbini iftixarla doldurub. Tədbir ədəbi-bədii kompazisiya ilə davam etdirilib.