Şənbə, 06 May 2023 20:15

“Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər\"

Şamaxıda İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər\" adlı elmi-praktik konfrans keçirilib. İştirakçılar öncə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirib. Sonra Heydər Əliyev ilinə həsr olunmuş film nümayiş olunub.  Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. O sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz milli sərvəti, milli tərəqqi yoludur.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S