Bu gün Şəkidə Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə Mirzə Fətəli Axundov küçəsinin kəsişməsində avtomobil qəzası baş verib. Belə ki, Vasif Abdulsalamovun sükanı arxasında olduğu \"VAZ 2106\" markalı avtomobillə İlham Səmədovun idarə etdiyi \"Niva\" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində \"VAZ 2106\"-nın sürücüsü idarəetməni itirirək yoldan çıxıb və körpünün beton konstruksiyasına çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 37 yaşlı Vasif Abdulsalamov Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır.