Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində “Arıçılığın müasir inkişafı istiqamətində yeni innovasiyaların tətbiqi” mövzusunda baytarlıq elmi tədqiqat institunun nümayəndələri arıçılar ilə birlikdə elmi-praktiki təlim keçirilib. Çıxış edənlər bildirib ki, arıların yerli genofondu, sağlamlığı qorunmalı, profilaktik tədbirləri vaxtı-vaxtında həyata keçirilməlidir. Vurğulanıb ki, arı məhsulları insan orqanizmi üçün əvəzolunmazdır. Və dədə-babalarımızın təcrübəsini elmi əsaslarla birləşdirib irəli aparsaq daha çox arıçılığı inkişaf etdirə bilərik.