Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şəkidə monitorinq keçirib. Baş Şabalıd kəndində vətəndaş Mustafa Mustafayevə məxsus həyətyanı sahədə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxana aşkar olunub. Yoxlama zamanı obyektin yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermədiyi bilinib. Yol verilən bütün qanunsuzluqlar nəzərə alınaraq ocaqxananın fəaliyyəti dayandırılıb. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edilib.