Şəki şəhər 7 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Əbədi lider” adlı tədbir keçirilib. Şəhər 14 nömrəli məktəbdə təşkil olunmuş .tədbirdə təhsil işçiləri, məktəb direktorları müəllimlər, şəhid anaları, qazilər və şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edənlər vurğulayıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Tədbirdə məktəblilərin ifasında Ümummilli Liderə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.