Şənbə, 29 Aprel 2023 20:12

Bir dəqiqədə 500 söz oxuyur…

Onun bir dəqiqəyə oxuduğu sözlərin sayını eşidəndə təəccüblənməmək mümkün deyil. Şəhriyar qəsəbə tam orta məktəbin 3-cü sinif şagirdi Nişanə Nəhmətlidən gedir. Nişanə təhsil aldığı məktəbdə artıq adı ilə deyil, \"sürətli oxuyan qız” kimi tanınır. Qəhramanımız deyir ki, məktəbdə tənəffüs zamanı hərkəs ona kitab oxutdurur. Ətrafdakılara aydın olmasa da, o oxuduğu mətnin məzmununu yadda saxlayır. 8 yaşı olanda Nişanənin sürətli oxu bacarığı üzə çıxıb. Balaca istedad ikinci sinifdə oxuyan zaman isə bir dəqiqədə 200 söz oxuya bilib. Mütəmadi məşqlər sayəsində artıq bir dəqiqədə oxunan sözlərin sayını 500-ə çatdırıb. Nişanə bu bacarığını artırmaq niyyətindədir. Buna görə o, hər gün məşq edir və söz oxuma sürətini artırır. Onun sözlərinə görə, sürətli oxuma üçün “Gözləri oynatma, sağa-sola, yuxarı-aşağı baxma, barmaq izləmə metodu ilə oxumağı inkişaf etdirir. Nişanə həmçinin dərs əlaçısıdır. O, bütün dərslərini vaxtından əvvəl mənimsəyir, məktəbdə sinif yoldaşlarından seçilir.Müəllimləri onun yaradıcı istedada malik olduğunu bildirirlər. Sadə bir azərbaycanlı ailəsində çox istedadlı qız yetişməkdədir. İstedadı qədər özünəinamı da var. Buna görə də ondan uğurlar gözləməyə dəyər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S