Cümə axşamı, 27 Aprel 2023 21:00

Baramaçılıq mövsümünə start verildi…

Bu il kümçülərə əvəzsiz olaraq 11 500 qutu ipəkqurdu sənaye toxumunun paylanması nəzərdə tutulur. Barama mövsümü ərəfəsində artıq bütün hazırlıq işləri tam başa çatıb. Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının kümçülərə paylanmasına həsr olunmuş tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, kümçülər təlimlərə cəlb olunublar. Baramaçılığın və ipəkçiliyin Azərbaycanda qədim ənənələrinin olduğunu deyən nazir bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı dəstək tədbirlərinin həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək. Sonra yaş barama istehsal olunan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib, onlarla yeni başlayan mövsümdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, tövsiyə və tapşırıqlar verilib. Səfər çərçivəsində nazir Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin binası ilə tanış olub, DAİM-in kollektivi ilə görüşüb, rayonda fəaliyyət göstərən təsərrüfatlara baş çəkib. Həmçinin, Şəki ərazisində payızlıq əkin sahələrinin vəziyyəti ilə yerində tanış olub, quraqlığın taxıl sahələrinə vurduğu zərər yerində dəyərləndirilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S