Şəkidə müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəki 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə şəhid ailələri üçün iftar verilib. İftarda icra hakimiyyətinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və şəhid ailələri iştirak ediblər. Çıxış edənlər bildirib ki, bir neçə il əvvələ qədər hər Ramazan ayında torpaqlarımızın işğaldan azad edilməsi üçün dualar edilib, məclislərdə tezliklə bayramı azad Şuşada, Laçında, Kəlbəcərdə keçirmək arzulanırdısa, artıq üç ildir ki, Azərbaycan xalqı Ramazan bayramını qalib xalq olaraq qeyd edir. Vurğulanıb ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.