Bazar ertəsi, 17 Aprel 2023 19:26

İki kəndi birləşdirən körpünün təmirə ehtiyaci var…

8000 nəfərdən çox sakinin yaşadığı Muxax kəndi ilə 1000 nəfərə yaxın sakinin yaşadığı Zəyəm kəndi arasında əlaqəni təmin edən yeganə körpünün beton bünövrəsi bir neçə yerdən zədələnib. 2019-cu ildə inşa edilən bu körpüdən hər gün yüzlərlə sakin istifadə edir. Keçən il Muxax çayında suyun səviyyəsinin artması da körpüyə xeyli zərər vurub. Sakinlər kənd bələdiyyəsinin imkanları hesabına müəyyən qədər təmir edilən körpünün baş verəcək təbii fəlakətlərə davam gətirə bilməyəcəyindən narahatdırlar. Sözügedən körpü həm də sakinlərin rayon mərkəzi ilə əlaqəsini təmin edən yeganə avtomobil yoludur. Ümid edirik, aidiyyati qurumlar körpünü əsaslı təmir etməklə sakinlərin narahatlığına birdəfəlik son qoyacaq. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S