Çərşənbə, 22 Fevral 2023 21:22

Qazın təzyiqi niyə “oynayır”?

Şamaxının ən böyük yaşayış masivlərindən biri olan 48A məhəlləsinin sakinləri 2 ilə yaxındır ki, evlərində qorxu içində yaşayırlar. Səbəbsə məskunlaşdıqları ərazidə qazın təyziqinin aşağı olması və tez-tez artıb-azalmasıdır. Sakinlər deyir ki, mənzillərinə mavi yanacağın stabil verilməməsi xüsusilə də soyuq havalarda və gecə saatlarında onların həyatı üçün hər gün təhlükə yaradır. Sakinlər iddia edir ki, qarlı-yağışlı havalarda qaz o qədər aşağı təyziqlə verilir ki, qurğuların suyu belə qızdırmağa gücü çatmır. Yemək bişirmək, evi qızdırmaq problemə çevrilib. Belə olan halda məcburiyyət qarşısında elektrik enerjisindən istifadə edirlər ki, bu da, maddi cəhətdən sakinlərin cibinə ziyan vurur. Bu cür vəziyyətdə belə aylıq ödənişlərini gecikdirmədiklərini deyən sakinlər dəfələrlə problemlə bağlı AZƏRİQAZ-a müraciət ediblər. Ancaq indiyədək heç bir nəticə olmayıb. "Azəriqaz” İstehsalat Birliyindən də problemdən xəbərdar olduqlarını təsdiqlədilər. Qalır verilən vədin icrasına nail olmaq və sakinləri bu problemdən xilas etmək.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S