Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirən müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. İddia edilir ki, direktor vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Digər bir səbəb kimi isə, imtahandan yüksək balla keçmiş məktəbin gənc müəllimlərindən birinin bu vəzifəyə təyin edilməməsi göstərilir. Qeyd edək ki, bu təyinada qədər Məhnurə İsmayılova Şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd 1 saylı tam orta məktəbində direktor işləyib. Məktəbin əvvəlki direktoru isə çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.