Vəndam qəsəbəsində evlərdən birindən kişi meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çağırılıb. Meyitə baxış keçirilib. İlkin araşdırmadan sonra Sumqayıt sakini 38 yaşlı Ziya İbrahimovun dəm qazından zəhərlənib öldüyü ehtimal edilib. Şamaxı sakini 31 yaşlı Turanə Abdullayeva isə ağır vəziyyətdə rayon Diaqnostika mərkəzinə yerləşdirilib.Hər iki şəxsin qonaq gəldikləri Vəndam qəsəbəsində kirayə qaldıqları evin hamam otağında tapıldığı məlum olub. Faktla bağlı araşdırma aparılır.