Zaqatalada fərdi yaşayış evində yanğın olub. Hadisə səhər saatlarında rayonun Qımır kəndində Həzrətəli Mahmudova məxsus, ümumi sahəsi 130 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Evin 32 kv/m-lik bir otağının tavanı, həmin hissəyə aid dam örtüyü və otaqda olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Fakt araşdırılır.