Natəmiz döşəmələr, çırıq oturacaqlar, üfunətli kabinlər. Şəkidə nəqliyyatın əsasını təşkil edən mikroavtobusların əksəriyyəti bu vəziyyətdədir. Sərnişinlər gedişhaqlarının artırılması fonunda xidmətdə keyfiyyətin artmasını istəyirlər.Xüsusilə də şəhərdaxili marşrut avtobuslarında xidmət qiymətlə heç cür üst-üstə düşmür. Sürücülər müasir dövrlə ayaqlaşa bilməyən marşrutlarını ancaq vaxtaşırı təmizləməyi və həftəlik texniki nəzarətdən keçirməyi özlərinə borc bilirlər. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, əhaliyə keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi qarşıda duran əsas hədəflərdəndir.