Şəki Regional Ədliyyə idarəsi YAP Şəki təşkilatı və Gənclər və İdman idarəsi ilə birgə “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda konfrans keçirib. İlk öncə tədbir iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzi ilə tanış olublar. Ardınca Şəki Regional Ədliyyə idarəsində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, müstəqil müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışıblar. Bildirilib ki, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəncliyi vətənpərvər ruhda yetişib. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda ümummilli liderin Ədliyyə sahəsində gördüyü işlər, Ədliyyə nazirliyinin yaradılması və inkişafı yolunda atdığı addımlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda ulu öndərin həyat yolundan bəhs edən qısametrajlı videoçarx nümayiş etdirilib.