Rusiyanın “Şimali Qafqaz Elmi Aqrar Mərkəzi” nin və qabaqcıl bitki mühafizə dərman istehsalçı şirkətlərinin rəsmilərinin qatıldığı tədbir Agrovit Şirkətinin təşkilatçılığı ilə baş tutub. 2019-cu ildən fəaliyyət göstərən şirkətin əsas məqsədinin Azərbaycanda Kənd Təsərrüfatının inkişafına öz töhvəsini vermək olduğu qeyd edilib. Torpağın becərilməsində aqrotexniki qulluq vasitələrindən düzgün və məqamında istifadənin məhsuldarlığa birbaşa təsirindən, əkinə innovativ yanaşmaqla daha az ərazidən daha yüksək və keyfiyyətli məhsul götürməyin mümkünlüyündən danışılıb. Həmçinin əkin öncəsi torpağın tərkibində olan mikro və makro elementləri müəyyən etməklə fərdi yanaşmanın vacibliyi vurğulanıb. Həmçinin Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafı, yeni rayonlaşdırılmış arpa və buğda toxumlarının nəticələri, İqtisadi cəhətdən sərfəli məhsul istehalının ən yaxşı yolu kimi bitkilərin mühafizəsi və qidalandırılması sisteminə kompleks yanaşma, yarpaq analizi əsasında kökdən kənar yemləmənin faydaları və riskləri kimi mövzulara da toxunulub. Tədbir qarşılıqlı diskusiya şəklində davam edib.