Sözügedən yer Şəkinin mərkəzi küçələrindən biri olan Mikayıl Müşfiq küçəsidir. Yeni yolu işıqlandırmaq üçün asfalt örtüyü yenidən bərbad hala salınıb. Ancaq qazıntı işləri tək küçənin işıqlandırılması ilə bağlı yox, həm də digər kommunal xidmətlərin çəkilməsi səbəbindən də qazılır. Elə Şəki şəhərini Şəki- Oğuz magistralı ilə birləşdirən Zərifə Əliyeva küçəsində olduğu kimi. Burada isə yeni çəkilən asflat örtüyü dağıdılıb və ərazidə yerləşən fabrikə su-kanalizasiya xətti çəkilib. Qazılan yeri sadəcə torpaqlamaqla kifayətləniblər. Şəki şəhərinin tikinti və memarlıq idarəsindən bildiriblər ki, 2022-ci ildə Şəki şəhərində daxili imkanlar hesabına 3.5 km uzunluğunda, 31 min kavdart metrə yaxın asfalt örtüyü çəkilib. Məsələyə münasibət bildirən ekspert Cahid Həsənov deyir ki, dünyanın qabaqcıl ölkələrində təmir bərpa və ya yenidənqurma işlərində əsas diqqət qurumlararası koordinasiyaya və planlamaya yönəldilir. Azərbaycanda isə eyni regionda, eyni şəhərdə komunal xidmətlər göstərən qurumlar arasında heç bir əlaqə yoxdur. Ancaq ümumilikdə görünən odur ki, vahid informasiya mərkəzi yaradılana və qurumlar arası koodinasiya qurulanadək yeni çəkilən asfaltların dağıdılmasına hələ də şahid olacağıq.