Şəkinin Aşağı Göynük kəndində Şamil Babayevə məxsus ümumi sahəsi 110 kv/m olan birmərtəbəli iki otaq və eyvandan ibarət fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Evin 90 kv/m-lik sahəsi və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.