Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir keçirilib. Rayon sakini Vahid Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə birgə saxlanılaraq şöbəyə gətirilib. Nəqliyyat vaitəsinə baxış keçirilərkən ovlanmış çöl donuzu aşkar edilib, Vahid Qurbanovun özündən isə müvafiq sənədləri olmayan tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.