İsmayıllıda yol qəzası olub. 18 yaşlı Nicat Gözəlli idarə etdiyi "VAZ 21 012" markalı avtomobillə hərəkətdə olarkən "Opel" markalı maşınla toqquşub. Hadisə zamanı sürücü Nicat Gözəlli ağır bədən xəsarətləri alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan yaralı FHN-nin xilasediciləri tərəfindən çıxarılıb. Nicat Gözəlli təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.