Zaqatalada 17 yaşlı oğlan qəflətən ölüb. Məlumata görə, şəhərin Gülbənövşə Kərimova küçəsindəki evdə kirayə yaşayan rayon sakini, Turan Qurbanov hamamda yuyunmaq istəyərkən qəflətən halı pisləşib. İlkin tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma başlanılıb. Turan Qurbanovun dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.