Azərbaycanda keçiriləcək 8-ci Beynəlxalq arıçılar Konfransı çərçivəsində bu konfransa dəvət olunan xarici mütəxxəsislər bölgələrə səfər edərək, yerli arıçılıq təsərrüfatları ilə tanış olub. Zaqatalaya səfərləri çərçivəsində əcnəbi mütəxxəsislər rayon arıçıları ilə görüşərək, Qafqaz arısının geninin qorunub saxlanması, gen analizi, ana arıların yetişdirilməsi kimi mövzularda masterklass keçib. Zaqatalada yaradılan Azərbaycanda ilk boz Qafqaz arısının damazlıq təsərrüfatı, izole edilmiş bölgə ilə tanış olan türkiyəli mütəxəssislər təərrüfatın yerləşdiyi ərazini və yaradılan şəraiti yüksək qiymətləndirib. Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazisində,yaşayış məskənindən 6 km aralıda,Meşleş dərəsində yerləşən bu damazlıq təsərrüfatında boz Qafqaz arısının saf genefondu qorunub saxlanılır. Bu arı növü həm də xəstəliklərə davamlılığı və daha çox bal toplaması ilə seçilir.