Cümə axşamı, 26 Yanvar 2023 19:27

Keyfiyyət ilə kəmiyyətin üst-üstə düşmədiyi internet...

Azərbaycanın əksər bölgələrində internet məhz Aztelekom vasitəsi ilə ötürülür. Bölgələrdə fəaliyyət göstərən provayderlər də Aztelekomun avadanlıqlarından istifadə edirlər. Belə ki, əksər özəl provayderlərin bölgələrdə öz şəbəkələri yoxdur. Bu səbəblə də interneti ancaq mümkün olan bir yolla paylamalı olurlar. Optik xətlərin olmaması və köhnə avadanlıqlardan istifadə isə həm göstərilən xidməti aşağı salır, həm də ki, internetin sürətini. Xüsusilə də, küləkli, yağışlı və qarlı havalarda internet bərbad vəziyyətə düşür. Elə şəhər sakinləri də, artıq bu cür internet istifadə etməkdən təngə gəldiklərini deyirlər. Əlbəttə ilk olaraq bu cür hallarda vətəndaşlar tək ümid yerləri olan Aztelekoma müraciət edirlər. Ancaq qurum internet və ya telefon borcu olduqda dərhal xətt bağlayaraq göstərdiyi operativliyi nədənsə problem yarananda nümayiş etdirmir. Bərbad internetə həsrət qalanlar da var. Bəli, hər nə qədər qəribə səslənsə də, hazırda Şəkidə bir sıra kəndlər var ki, orda nəinki internet, heç telefon xətti belə yoxdur. Kənd sakinləri hər bir işin onlayn görüldüyü dövrdə internet xəttinə belə sahib ola bilmədiklərindən gileylənirlər. Aztelekomdan isə sorğumuza cavab olaraq bildirildi ki, hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax, Beyləqan, Şəki də daxil olmaqla 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi istiqamətində işlər aparılır. Ancaq aparılan işlərin yekunlaşmasına dair göstərilən tarix 2024-cü ilə təsadüf edir.  Görünür internet istifadəçiləri bir müddət daha bu vəziyyətə dözməli olacaqlar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S