Məryəm Mustafayeva Bizim valideynlərimiz qaz həsrəti ilə dünyasını dəyişdi. İstərdik ki, heç olmasa biz görək. Qazın istisinə isinə bilək. Çox arzulayardıq....Gəlirlər ölçürlər yenə gedirlər. Mənim 60 yaşım var istəyirəm görüm o qazı açıb yandırmaq nə olan şeydir? Sakinlər bildirir ki, qazın çəkilməsi ilə bağlı dəfələrlə müraciət etsələr də problem həllini tapmayıb. Kəndin hər iki yanından keçən Şəki və Zaqatala magistral qaz kəmərləri isə elə sözün əsl mənasında onların gözünün dağına çevirilib. Qaz kəmərləri kəndin girişinə qədər gəlsə də, dörd bir yandakı kəndlərin hamısı qazlaşdırılsa da, Küdürlü kəndi bundan məhrum qalıb. Ancaq maraqlısı odur ki, kənddə yerləşən 130-a yaxın ev təsərrüfatından yalnız birinə qaz çəkilib. Bu isə sakinlərdə bir çox suallara səbəb olur. Məsələylə bağlı Azəriqazdan bildirilib ki, kəndlərin qazlaşdırılması ehtiyac meyarlığı təyin edilməklə tərtib edilmiş siyahı üzrə sıra prinsipi ilə həyata keçirilir. O ki qaldı kənddə yalnız bir nəfərə qazın verilməsinə. Biz də ümid edirik ki, verilən vədlər vəd olaraq da qalmayacaq və növbəti ilin qışını Küdürlü kəndinin sakinləri mavi yanacağın istisi ilə qızınacaqlar.