Çərşənbə axşamı, 24 Yanvar 2023 18:29

Körpüdə yaranan çatlar qəzalara səbəb olur...

Yevlax-Zaqatala-Gürcüstan  magistral yolunun 128-ci km-də, Zaqatala şəhərinin girəcəyində Tala çayı üzərindəki körpü nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərdəndir. Son zamanlar bu ərazidə günün çox hissəsində  tıxaclar və qəzalar müşahidə edilir. Səbəbsə körpünün iki hissəsində yaranan iri çatlardır. Sözügedən çatlar vaxtaşırı təmir edilsə də, problem kökündən həll edilmədiyindən bu təmirin ömrüyağış yağanadək davam edir. Körpüdə hərəkət edən avtomobillər sözügedən çalalara yaxınlaşdıqda sürəti maksimum aşağı salmağa məcbur olurlar. Bu da bir çox hallara qıza vəziyyəti yaradır. Körpünün başlanğıc və son hissələrində, yəni dəmir konstruksiyanın torpaqla birləşdiyi yerdə çatların əmələ gəlməsi  intensiv hərəkətlə əlaqələndirilir.Avtomobil Yolları Dövlət Agentliyi də sözügedən körpünün vəziyyətindən xəbərdardır. Qeyd edək ki, ötən əsrin 70-ci illərində inşa edilən körpünün uzunluğu 133 metrdir. 4 il öncə əsaslı şəkildə təmir edilən körpü ikitərəfli nəqliyyatın daha rahat hərəkət etməsi məqsədi ilə genişləndirilərək, eni 9 metrdən 12 metrə çatdırılıb.  

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S