Zaqatalanın Muğanlı kəndində kənd sakini İbrahim İbrahimova məxsus, ümumi sahəsi 480 kv/m olan ikimərtəbəli və 15 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin ikici mərtəbəsində olan 9 otağın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Birinci mərtəbədəki 6 otaq və ev əşyaları yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.