Şənbə, 21 Yanvar 2023 10:40

Torpaq əgər uğrunda ölən varsa, vətəndir...

Doğum günü 20 yanvar tarixində olan, bu səbəbdən də özünə doğum günü keçirməyən Anar Şükürovu daim öv vətənpərvərliyi ilə seçilib. Əslən Xocavəndin Tuğ kəndində dünyaya göz açan qəhrəmanımız, qisas hissi, doğma torpaqlara qayıtmaq arzusu ilə böyüyür. Elə bu məqsədlə də hərbçi olur. Vətən müharibəsi başlayanda isə ehtiyyatda olan polkovnik-leytenant könüllü şəkildə cəbhəyə getmək üçün can atır. 2019-cu ildə ordudan təxris olan Anar Şükürov, hərbi formanı çıxarıb kənara qoyur. Ancaq bu ayrılıq çox qısa çəkir. Sentyabrda müharibənin başlaması ilə Anar Şükürov vətəni uğrunda mübarizəyə qoşulur. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda döyüşlərə qatılan Anar Şükürov düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olur. Anar Şükürova göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin şəhədimiz "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Şərəfi ilə yaşayan və şərəfi ilə şəhadətə qovuşan Anar Şükürov, onun timsalında canından keçən bütün şəhidlərimiz əslində ölümləri ilə ölümsüzlük qazanıblar. Onların qanı bahasına əldə olunan hürriyyətlə biz sərhədləri bütöv bir Azərbaycanda yaşayırıq. Anar Şükürov və onun kimi Vətən uğrunda şəhid düşən heç bir övladını bu ölkə unutmayacaq.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S