Bura sakinlərin iddialarına görə vaxtilə dövlət tərəfindən qorunan qaratikan kolu və saqqız ağacı meşəsidir. Meşə dedikdə nəzərimizdə sıx ağaclar və kollar canlanır burda isə nə ağacdan nə də koldan əsər əlamət yoxdur. Hər yan əkin sahəsidir. Maraqlısı da elə bu ammadır. Sakinlər iddia edir ki, müfaviq qurumlar tərəfindən hər hansı bir cəza tədbiri ilə qarşılaşmayan dırnaq arası fermer öz əkin sahəsini meşə torpaqları hesabına genişləndirməkdə davam edir. Çəkilişimizdən xəbər tutan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri faktın yerində araşdırılması üçün əraziyə baxış keçirdi. Mütəxəssislərin rəyi isə belə oldu. Hər halda fakt faktlığında qalır. Bu ərazidəki yaşıllıqlar məhv edilib və bunu edənlər cəzasız qalıb. Biz də məsələni diqqətdə saxlayacağıq və inanırıq ki, məsələ dərindən araşdırılacaq. Və sakinlərin iddiası əsaslıdırsa təbiətə qənim kəsilənlər cəzalanacaq.