Cümə axşamı, 19 Yanvar 2023 21:10

Müstəqilliyə gedən yol - 20 Yanvar

Şamaxı rayon Mədəniyyət Mərkəzinin və Şamaxı şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş “Müstəqilliyə gedən yol - 20 Yanvar” adlı tədbir keçirilib. Çıxış edənlər vurğulayıb ki, qanları ilə torpağa azadlıq yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı,terrorçu, bir sözlə, antihumanist siyasətinə qarşı çıxmaqla xalqımızın mübarizliyini, əzmkarlığını nümayiş etdirdilər. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir. Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən “Son anda” filmi nümayiş olunub,  9 saylı tam orta məktəbin şagirdləri kompozisiya təqdim ediblər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S